29 oktyabr 2018 22:19
3876

Qurban Qurbanov növbəti rekorda imza atıb

Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov növbəti rekorda imza atıb.

AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” ilə qarşılaşması “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ölkə çempionatlarında çalışdırıcı kimi 350-ci matçı olub.

Hesabında 206 qələbə və 83 heç-heçə olan 46 yaşlı mütəxəssis 1:3 hesablı yenilgi ilə 61-ci dəfə məğlubiyyət acısı yaşayıb. Onun yetirmələri Premyer Liqada 523 qol vurub, 244-ünü buraxıblar.

Məşqçiliyə 2006/2007-ci il mövsümündə başlayan mütəxəssis karyerasında yalnız iki kluba rəhbərlik edib. Q.Qurbanov ilk oyununu “Neftçi”də keçirib. O, paytaxt təmsilçisini 28, “Qarabağ”ı 322 çempionat matçına çıxarıb.