13 noyabr 2018 21:09
2333

Axşama planlarınız var?

Axşam saatlarına olan hava proqnozu açıqlanıb.

Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün axşam saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə noyabrın 13-ü axşam saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 9-13, dağlarda 1-3 dərəcə isti təşkil edəcək.