15 yanvar 2019 14:32
253

Ötən il 63 erməni hərbçisi ölüb

2018-ci ildə Ermənistan silahlı qüvvələrində və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan ordusunun hərbi hissələrində 63 hərbi ölüb. Onlardan 27-si əsgər, 23-ü müqavilə əsasında xidmət keçən hərbçi, 2-si gizir və 11 isə zabitdir. 

Azvision.az xəbər verir ki, bu statistikanı Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti yayıb. Qeyd olunur ki, 63 hərbçidən 38-i xidməti vəzifəsini yerinə yetirərkən, 25-i isə xidmətdənkənar naməlum şəraitdə ölüb. 

Ermənistan Baş Prokurorluğunun statistikasına əsasən, ölən 63 hərbçidən 11-i intihar, 2-si isə silahla düzgün davranmamaq nəticəsində dünyasını dəyişib. 

Həmçinin, erməni əsgərlərdən 3-nün xəstəlikdən, 1-nin minaya düşərkən, daha 1-nin əsgər yoldaşı tərəfindən, 3-nün bədbəxt hadisə, 6-sının xidməti vəzifələrini icra edərkən yol qəzasında, 2-sinin döyüş xidməti qaydalarını pozduğuna görə, 2-sinin isə helokopterin qəzaya uğraması nəticəsində öldüyü bildirilir. 

Qeyd edək ki, statistikaya əsasən 2017-ci illə müqayisədə ötən il Ermənistan ordusunda intihar hallarının sayı artıb. Ümumilikdə isə, Ermənistan Baş Prokurorluğunun 2017-ci ilə olan statistikasında ölən erməni hərbçilərinin sayının 76 olduğu qeyd olunub.