16 yanvar 2019 12:13
919

Gömrük Akademiyası xaricdə təhsil alan magistrlara müraciət edib

Dövlət Gömrük Komitəsi Akademiyası (DGKA) xaricdə magistr və doktorantura təhsili alan tələbələrə müraciət edib.

Akademiyanın rəisi Qulu Novruzov DGKA-nın kadr potensialına xüsusi diqqət yetirdiyini deyib. Bildirib ki, akademiyada çalışan mütəxəssislərin bilik və bacarıqlarına üstünlük verilir. Bunun üçün də xaricdə magistr və doktorantura təhsili alan gənc tələbələrə müraciətlə bildiririk ki, DGKA bu şəxslərlə əməkdaşlıq etməkdə maraqlıdır.