22 iyul 2019 15:26
623

Müxtəlif markalı siqaretlər, spirtli içkilər və idman qidaları aşkarlanıb

Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında iki fakt üzrə müxtəlif markalı siqaretlərin, spirtli içkilərin və idman qidalarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Komitədən "İki sahil"ə verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Vaz 2106" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 1200 ədəd "Marlboro", 3400 ədəd "King" markalı siqaretlər, hər biri 0,5 litr olmaqla 6 ədəd "Jameson" markalı spirtli içkilər və üzərində "Mega Max" yazısı olan 32 ədəd idman qidaları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.