27 aprel 2024 19:32
316

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 20-də həmin ərazidə batan 2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyevin cəsədi FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb və oradan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.