19 sentyabr 2019 14:33
639

Əfqanıstanda aviazərbələr nəticəsində ən azı 30 dinc insan həlak olub

Əfqanıstanın Nanqarhar vilayətində rayonların birində “Taliban” silahlılarına qarşı həyata keçirilən əməliyyat zamanı aviazərbələr nəticəsində ən azı 30 dinc insan həlak olub. AZƏRTAC TOLOnews agentliyinə istinadla xəbər verir ki, bu barədə vilayətin rəhbərliyi məlumat verib.

Qeyd olunub ki, daha 40 nəfərin də yaralandığı aviasiya hücumları kənd əhalisinin işlədiyi tarladakı insanlara zərər vurub. “Ariana” agentliyi isə bu aviazərbələrin “xarici qüvvələr” tərəfindən endirildiyini yazıb.