16 oktyabr 2019 17:57
791

Mayamidə Formula 1 yürüşlərinə qarşı mitinq keçirilib

Daha əvvəl xəbər verilmişdi ki, Qran-Prinin keçirilməsi barədə Formula 1 və Mayami arasında prinsipial sazişə nail olunub. Mərhələ Milli Futbol Liqası komandasının ev oyunlarının keçirildiyi “Hard Rock Stadium” arenasının ətrafında təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, amma Mayamidə bu təşəbbüs hamı tərəfindən xoş qarşılanmayıb. Stadionun yerləşdiyi rayonda etiraz aksiyaları keçirilib. Etirazçıların fikrincə, Formula 1 mərhələsinin keçirilməsi ekologiyaya mənfi təsir edəcək və səs-küy səviyyəsini yol verilməyən göstəricilərədək yüksəldəcək.

“Bu, yürüşü şəhərin mərkəzində keçirməkdən daha pisdir. Çünki yarışın mənfi fəsadları daha çox insana aid olacaq. Stadion hər tərəfdən yaşayış evləri ilə əhatə olunub”, - deyə “WSVN” Mayami-Deydin sabiq komissarı Betti Ferqyusonun sözlərindən sitat gətirir.

Qeyd edək ki, əvvəlcə Mayami Qran-Prisini şəhərin mərkəzində keçirmək planlaşdırılmışdı. Lakin yerli hakimiyyət orqanları bununla razılaşmayıblar.