18 noyabr 2019 13:41
915

Şirvan Milli Parkında müşahidə günü təşkil olunub

Milli Dirçəliş Günü ilə əlaqədar Şirvan Milli Parkında ornitoloji seminar və quşları müşahidə günü keçirilib.

"Quşlarımızı qoruyaq" missiyası ilə təşkil olunan tədbirin keçirilməsində məqsəd nadir və nəsli kəsilmək təhlükəsində olan quş növlərinin vəziyyətinin öyrənilməsi, say göstəricilərinin izlənilməsi, onların vəhşi təbiətdə müşahidəsi turizminə diqqətin çəkilməsidir.

Şirvan Milli Parkının direktoru Arzu Mustafayev bildirib ki, Azərbaycan Ornitoloji Cəmiyyətinin dəstəyi, Bakı Dövlət Universtetinin tələbələrinin iştirak etdiyi tədbirdə milli parkın ərazisində yerləşən Qızılqaz gölündə teleskopla quşlar müşahidə edilib.  Sonra keçirilən seminarda icazəsiz quş ovuna qarşı hamılıqla mübarizənin vacibliyi vurğulanıb və quşların növ tərkibi, sayı, sayğısının metodikası, su-bataqlıq ekosisteminin vəziyyəti ətrafında müzakirələr aparılıb.