20 noyabr 2019 13:39
631

On ayda dəmir yolu ilə 3 milyon sərnişin daşınıb

Cari ilin yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə 3 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 32,2 faiz artım olub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 298 vaqon yüklənib, 431 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 11,8 min ton, qərb istiqaməti üzrə 4,3 min ton, cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.