22 noyabr 2019 18:36
1128

YAP-ın 27-ci ildönümü ilə bağlı tədbir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib.

ADNSU-dan bildiriblər ki, tədbirdə bu ali məktəbin YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova partiyanın yaranma tarixindən danışıb.

T.Naibova müasir müstəqil dövlətimizin qurulmasında, inkişafında və dünyada tanınmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. O, dahi rəhbər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, Azərbaycanın sürətlə inkişaf etdiyini deyib.

ADNSU-nun tərbiyə işləri üzrə prorektoru Ata Babayev Yeni Azərbaycan Partiyasının cəmiyyətin inkişafındakı rolundan bəhs edib.

Sonda ADNSU-nun YAP-a yeni üzv qəbul olunmuş 60 tələbəsinə partiyanın üzvlük vəsiqələri təqdim olunub.