05 dekabr 2019 15:58
780

Lukaşenkodan Belarus və Rusiyanın birləşməsi ilə bağlı AÇIQLAMA

“Biz heç vaxt başqa bir dövlətin, hətta qardaş Rusiyanın tərkibinə daxil olmağa hazırlaşmırıq”.

Publika.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus parlamentində çıxış edən prezident qeyd edib ki, hakimiyyət ölkənin müstəqilliyi və suverenliyini təhvil verməyəcək.

Qeyd edək ki, 5 gün əvvəl Rusiya prezidenti Vladimir Putin və Belarus dövlət başçısı Aleksandr Lukaşenkonun razılığa gəlməsi haqqında xəbər yayılmışdı.

Razılaşma 2021-ci ilin yanvarından etibarən iki ölkənin iqtisadi sistemlərinin qismən birləşdirilməsini nəzərdə tutur.