06 dekabr 2019 10:11
792

KOBİA “Deloitte” şirkəti ilə əməkdaşlığı genişləndirir 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Deloitte & Touche” arasında kiçik və orta biznesə dəstək çərçivəsində əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisi çərçivəsində imzlanmış sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Deloitte & Touche”ın İdarəedici partnyoru Nuran Kərimov imzalayıblar. Sənədə əsasən KOBİA və “Deloitte & Touche” startapların, mikro və kiçik biznes subyektlərinin sərgilərdə və təcrübə mübadiləsi proqramlarında iştirakı, onların potensialının artırılması, yeni biznes ideyalarının dəstəklənməsi, innovativ KOB konsepsiyalarının həyata keçirilməsi, biznes subyektlərinin maarifləndirilməsi istiqamətlərində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki “Bakutel 2019” Sərgisi çərçivəsində ötən gün kiçik və orta biznesə dəstək məqsədilə daha bir sənəd KOBİA və “AzerTelecom” arasında imzalanıb.