23 yanvar 2020 20:04
1491

Qırmızı bibər qabığı: C vitaminin təəccübləndirici mənbəyi

Soyuqdəymə və qripin ilkin əlamətlərini hiss edən kimi tez qaçıb narıngi, portağal alıb, bol-bol yeyirik. Sən demə, C vitamin ilə daha zəngin qidalar varmış.

Bunlardan biri də qırmızı bibər pulcuqlarıdır. Bu məhsul orqanizmin xəstəliyə qarşı müqavimətini gücləndirir və çəki itkisinin qarşısını almağa kömək edir.

Qışın vazkeçilməz ədviyyatı olan pul bibər yeməklə, limon və digər situs bitkilərindən daha artıq C vitamini qəbul etmiş olarsınız.

Bundan əlavə, qırmızı bibər çox güclü antikoksidantdır.

Qırmızı bibər B və A vitamini ilə zəngin olmaqla orqanizmdə enerjinin sorulmasında əhəmiyyətli rol oynayır.

Tərkibində olan kapsaisin maddəsi onun acılığının əsas səbəbidir. Bu maddə güclü analgetik təsirə malikdir və immun sistemini gücləndirir.

Lakin faydalı olmasına baxmayaraq, həkimlər hər şey kimi qırmızı bibəri də qədərində istifadə etməyi məsləhət görürlər.

Həkimlər bu məhsulun saxlanılmasında diqqətli olmağı tövsiyə edirlər. Belə ki, soyuducuda, sərin yerdə saxlanılmazsa, nəm çəkərsə qırmızı bibərin tərkibində aflatoksin adlı zəhərli və kanserogen maddə əmələ gələ bilər. Aflatoksin xüsusilə qaraciyər xərçənginə səbəb olur.

Nubar Süleymanova, “İki sahil”