24 yanvar 2020 09:56
945

Rihanna keçmiş sevgilisi ilə barışıb

Rihanna 3 il sevgi münasibəti yaşadığı milyarder ərəb sevgilisindən ayrılıb keçmiş sevgilisi ilə barışıb. ''İki sahil'' xəbər verir ki, münasibətlərini gözlərdən uzaq yaşayan Rihanna və Həsən Camelin ayrılıq xəbəri hər kəsi təəcübləndirmişdi. Müğənni milyarder sevgilisindən ayrıldığını açıqladığı günün gecəsi Nyu-Yorkda keçmiş sevgilisi Drake ilə birlikdə konsertə gedib.

Belə ki, Drake 2016-cı ildə səhnəyə çıxaraq Rihannaya sevgisini etiraf etmiş və ''O mənim 22 yaşımdan bəri aşiq olduğum qadındır. Dünyadakı ən yaxın dostum və heyran olduğum insandır'' sözlərini dilə gətirib.

Qeyd edək ki, pop ulduz Drake ilə ayrıldıqdan qısa müddət sonra Həsən ilə eşq yaşamağa başlayıb.