29 yanvar 2020 16:38
985

Tahir Mirkişilinin seçicilərlə görüşləri davam edir - FOTO

42 saylı Sumqayıt ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Tahir Mirkişilinin seçicilərlə görüşləri davam edir. 

Görüşlərdə çıxış edən 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədi Tahir Mirkişili bildirib ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsi ərazisində 19 məhəllə komitəsi fəaliyyət göstərir: “Deputatlıq fəaliyyətim dövründə də mən tez-tez məhəllə komitələri ilə görüşmüşəm. Mən insanları maraqlandıran məsələləri həm də onlardan öyrənmişəm və biz birgə fəaliyyət göstərmişik. Bu gün sizlərlə bir daha görüşərək 4 ililik fəaliyyətim barədə hesabat verirəm, seçkilərdə qalib gələcəyim təqdirdə fəaliyyətimin istiqamətlərini səmimi müzakirə edirik.”

Sumqayıt sahibkarları ilə görüşdə “Sumqayıtda sahibkarlığın inkişafı üçün daha nələr etmək olar” sualı geniş müzakirə edilib.

T.Mirkişili qeyd edib ki, qeyri-neft sektorunun mühüm mərkəzlərindən biri olan Sumqayıtda sahibkarlığın inkişafı mühüm əhəmiyyət kəsb edir: “Hər il əmək bazarına 5000-ə yaxın gəncin daxil olduğu Sumqayıtda ən çox iş yerləri açan sahibkarlar olmalıdırlar. Bunun üçün onlara hər cür dəstəyin veriləcək. Bu, dövlət başçısının həyata keçirdiyi siyasətin əsasını təşkil edir.”

Orxan Vahidoğlu, “İki sahil”