17 fevral 2020 09:36
1239

Təbii qaz bahalaşıb, neft isə yenidən ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

"İki sahil" xəbər verir ki, martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,38% artaraq 1,893 ABŞ dolları təşkil edib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin aprel müqaviləsinin dəyəri 0,30% azalaraq 1 barrelə görə 57,15 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barrelinin dəyəri 0,08% azalaraq 52,01 dollar təşkil edib.