26 fevral 2020 19:17
2215

Daşnak ideologiyası: Erməni vandalizmi, etnik təmizləmə siyasəti

Qorxaq, eyni zamanda məkrli ermənilərin tarixən güclü tərəfin əlində vasitə olduqlarını təsdiqləyən faktlar yüzlərlədir. Genetik xüsusiyyətlərinə sadiq qalan bu millətin “ideoloqları” muzdlu nökərlər, ən qatı cinayətlərin iştirakçısı kimi tanınırlar. Təsdiqlənmiş həqiqətdir ki, ermənilər soyqırımına məruz qalan məzlum xalq deyil, soyqırım törədən qaniçən millətdir.

Təkcə ötən əsrdə erməni daşnaklarının azərbaycanlılara, türklərə qarşı apardıqları qırğınlar nəticəsində qəddarlıqla öldürülənlərin sayı milyondan çoxdur. 1905-1907-ci, 1918-1920-ci illərdə Şaumyanın başçılıq etdiyi daşnaklardan ibarət silahlı dəstələr Azərbaycanın bütün bölgələrində dinc soydaşlarımızı amansızcasına qətlə yetirmiş, diri-diri yandırmış, torpağa basdırmış, başlarını kəsmişlər. 1918-ci ilin 30-31 mart hadisələrində təkcə Bakıda 30 min dinc əhali amansızcasına, xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Soyqırım o dərəcədə dəhşətli olub ki, Şaumyanın özü belə ermənilərdən ibarət polkun “xidmətlərindən” məmnunluğunu “yuxarılara” “Bizim üçün döyüşün nəticələri çox yaxşı olmuşdur” sözləri ilə ifadə edib. “Azərbaycanlılarsız Ermənistan” daşnakların əbədi ideyası olub. 1948, 1957-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunan, yurd həsrətinə dözməyərək dünyasını dəyişənləri, 1988-ci illərdən başlayaraq  öldürülən günahsız azərbaycanlıları, atəşkəs rejimində belə qana həris olan ermənilərin qətlə yetirdikləri körpələri də qurbanların sırasına əlavə etsək şəhidlərimizin sayı daha çox olar.

Son illərin statistikasına nəzər salaq. 1988-1993-cü illərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrdə 20 min soydaşımız ermənilər tərəfindən qətlə yetirilmiş, 100 min dinc azərbaycanlı yaralanmış, 50 min nəfər əlil olmuşdur. Münaqişə illərində 4853 nəfər itkin düşmüş, onlardan 1357-si azad olunmuş, 439 nəfər ermənilərin vəhşiliklərinə tab gətirməyərək həyatdan köçmüşlər. Qana susayan ermənilər 20 Yanvar faciəsi zamanı imperiya ordusunun tərkibində  Bakıya gələrək  azadlıq uğrunda mübarizə aparan insanları vəhşicəsinə öldürdülər. Qəribəsi bu idi ki, 20 Yanvar qırğınından əvvəl imperiya qüvvələrinin Vilnüsdə və Tbilisidə törətdikləri hadisələri pisləyən beynəlxalq ictimaiyyət, ABŞ və onun Avropadakı müttəfiqləri daha dəhşətli olan Bakı qırğınını SSRİ-nin daxili işi kimi qiymətləndirərək susdular. Ötən əsrin ən qanlı qətliamı- Xocalı soyqırımını da səssizcə izləyən Avropanın münasibəti Qərbin ikili standartlar siyasətinin daha bir nümunəsi oldu. Bir gecədə güllələnən, erməni vəhşiləri tərəfindən yandırılan, külə döndərilən şəhərin sakinləri - qocalar, uşaqlar, qadınlar da daxil olmaqla qətlə yetirildi, tonqallara atıldı, körpələr süngüyə keçirildi. 25 fevral 1992-ci ildən başlayaraq ertəsi gün də davam edən Xocalı faciəsi ötən əsrin əvvəllərində ermənilərin törətdikləri soyqırımların davamı, bəşəriyyətin hüznlə yad etdiyi Sonqmi, Ruanda qırğınları ilə eyni səviyyədə dəhşətli olan qətliam idi. Belarus üçün Xatın, Çexiya üçün Liditse, Polşa üçün Treblinka hadisələri  nə qədər ağırdırsa, Azərbaycan üçün də Xocalı dəhşətləri sağalmayan yaradır. Həmin gün 613 nəfər- 106 qadın, 70 ahıl, 63 uşaq olmaqla Xocalı sakini ermənilər tərəfindən vəhşicəsinə yandırılaraq, qətlə yetirilərək həyatlarına son qoyuldu. 487 nəfər şikəst oldu. 1275 nəfər  ermənilərin əsir, girovuna çevrildi, ağla gəlməyən zülmə, təhqirlərə məruz qaldılar. Onlardan 150 nəfərin taleyi hələ də bəlli deyil. 8 ailə bütünlükdə məhv edildi. 24 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirdi. Dığalara diri-diri qurban kəsilən azərbaycanlıların sayı isə 60-a yaxındır. Belə ki, Xocalı soyqırımı daşnakların azərbaycanlılara qarşı 200 ildən bəri apardığı  etnik siyasətin ən faciəli səhifəsi kimi tarixə yazıldı.

Yalnız 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Milli Məclisin sessiyasında Xocalı faciəsi soyqırımı kimi tanınıb.  Bu qətliamı artıq bir çox ölkələrin parlamentləri tanıyıb, rəsmi olaraq erməni vəhşiliyini pisləyiblər. Türkiyə, ABŞ-ın 22 ştatı, Xocalı soyqırımına aid parkın olduğu Meksika, Pakistan, Kolumbiya, Çexiya parlamentinin beynəlxalq əlaqələr komitəsi, Honduras Milli Konqresi, Tehranda keçirilən İƏT-in Parlamentlər İttifaqının sessiyasında iştirak edən 53 ölkənin Xocalıda törədilənləri soyqırım kimi tanıması ermənilərin saxta ideoloji təbliğatına vurulan zərbə, Azərbaycan həqiqətlərinin təsdiqidir. Erməni vandalizmini, insanlığa qarşı törədilən qətliam olduğunu bəyanatları ilə pisləyən ölkələrin sayı artmaqdadır. Paraqvay Respublikasının Deputatlar Palatasında 1992-ci ildə Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımının pislənilməsi, bununla bağlı bəyanatın qəbulu, qətlə yetirilən soydaşlarımızın xatirəsinin anılması ölkəmizlə həmrəyliyin ifadəsi, Azərbaycan diplomatiyasının uğuru, xarici siyasətimizin dəstəklənməsidir. Paraqvay parlamentinin saytında yerləşdirilən bəyanatda qeyd edilirdi ki, Xocalı qətliamı XX əsrdə törədilən ən qanlı faciə, erməni vəhşiliyinin nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən hazırlanan, soyqırımını əks etdirən yüzlərlə foto albomlar, məlumat kitabçaları, açıqcalar, “Leyla Əliyeva: Xocalıya ədalət” kitabı, “Böyüməyən uşaqlar”, “1992-ci ilin qarı” kimi sənədli filmlər, Türkiyənin Uşak şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş abidə... bütünlükdə dünya ictimaiyyətinin Xocalıda qətliam törədən ermənilərə ictimai nifrətdir. Ancaq bir əsr bundan əvvəl  Türkiyədə baş verən hadisələr zamanı dost ölkəyə xəyanət edən erməni satqınlarının təsadüfi ölümünü “erməni soyqırımı” kimi tanıyan Avropa Parlamenti, Avropa Şurası Xocalıda törədilmiş qətliamı pisləmədilər. Halbuki Xocalı hadisələri yaxın keçmişimizdə,  sakini olduğumuz müasir dünyamızda baş vermişdi.

Avropa Şurası Serbiyanı törətdikləri Srebrenitsa qətliamını soyqırım kimi tanınmağa çağırıb. AŞ-ın İrqçilik və Dözümsüzlüklə Mübarizə Komissiyasının bununla bağlı bəyanatında bildirilir ki, Srebrenitsa hadisələri soyqırım kimi qiymətləndirilsin. Təqdir olunası addımdır. Kaş Avropa Şurası Xocalı soyqırımını törədən ermənilərə qarşı da belə prinsipial olaydı. Tolerant, xeyirxah və humanizm prinsiplərinə sadiq qalan Azərbaycan xalqı da  AŞ-dan şəhidlərinə, bu gün də erməni əsirliyində əziyyət çəkən Dilqəm Əsgərova, Şahbaz Quliyevə qarşı belə diqqət görmək istəyir. “Müharibənin sonuna qədər tək bir yəhudi belə  həyatda qalmayacaq” əmrini verən, Holokost törədən Hitlerin sadiq cəlladı njdelərin törəmələri olan ermənilər qana susamış yaratıqlardırlar. “Nə üçün Ermənistanın indiki rəhbərlərinə qarşı- hansılar ki, bilavasitə Xocalı soyqırımında iştirak etmişlər, əlləri Azərbaycan xalqının qanına batmışdır,- beynəlxalq tribunal təşkil olunmur, nə üçün onlar qınaq obyektinə çevrilmirlər” söyləyən Prezident İlham Əliyevin xalqın iradəsini əks etdirən bu sözləri bir daha əminlik yaradır ki, zamanın öz hökmünü verəcəyi an uzaqda deyil.

Xocalı soyqırımının “Beynəlxalq Müharibə Qurbanları Memorialı”na daxil edilməsi də Azərbaycana dəstək kampaniyasının nümunəsidir. Ötən illərdə  Böyük Britaniyanın parlamenti qarşısında Xocalı qurbanlarının adı yazılmış 613  şar göyə buraxılaraq şəhidlərin xatirəsi yad olunmuşdur. Moskvada Yuri Ponomaryovun “Qarabağ gündəliyi” kitabının, Amerikanın rep müğənnisi Toni Blekmənin Azərbaycanın “Dəyirman” qrupu ilə birgə hazırladıqları “Xocalıya ədalət” rep layihəsinin təqdimatı keçirilmiş, vebsaytların imkanlarından istifadə edilmişdir. Xocalı soyqırımını tanıyanların sayının artması Prezident İlham Əliyevin “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər” sözünə inamı artırır. Bu günlərdə Almaniyada keçirilən Ümumavropa Qarabağ mitinqi kimi aksiyalar Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdıracaq. Tökülən nahaq qan yerdə qalmayacaq.

Xuraman İsmayılqızı, “İki sahil”