06 aprel 2020 14:41
817

Özbəkistanda COVID-19 koronavirusuna daha 48 nəfər yoluxub

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 48 nəfər artaraq 390 nəfərə çatıb. Səhər saatlarında bu rəqəm 342 olub.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, 48 nəfər yeni xəstə karantində olanların hesabına artıb. Məlumata görə, indiyədək bu virusdan 30 nəfər sağalıb, 2 xəstə dünyasını dəyişib.

Bazar və supermarketlərin girişində alıcıların hərarəti yoxlanır, hərarəti 37-dən yuxarı olanlar içəri buraxılmır.

Xatırladırıq ki, hazırda ölkədə stasionar və ev şəraitində karantində olanların sayı 100 min nəfərdən çoxdur.