07 aprel 2020 18:37
932

Gürcüstanda koronavirusdan ölənlərin sayı üç nəfərə çatdı

Gürcüstanda daha bir pasiyent koronavirusdan ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxs Tbilisi Dövlət Universitetinin 1 saylı klinkasına yerləşdirilən 86 yaşlı qadındır.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı üç nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 363 000-i ötüb. Bunların 293 839 nəfəri sağalıb, 76 383 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.