Məşhur reperlər pandemiya ərəfəsində maddi krizis yaşadıqlarını deyiblər.
Məşhur reper Suiss Beats və "Ice-T" bunla bağlı ideya irəli sürüblər. Onlar həmkarlarının sıxıntılarının aradan qaldırılması üçün pensiya fondu yaradılmasını təklif ediblər.
Sənətçilər deyiblər ki, insanlar milyonlar qazana bilməyən musiqiçilər üçün yardımlar edə bilərlər:
"Reperlərin pensia planı yoxdur. Onların bir çoxları üçün ağır günlər başlayıb. Bir çoxları studiyada mahnılar yazdıra bilmir, küçələrdə oxuyurlar. Jay-Z və P. Diddy-nin maddi durumu yaxşıdır. Amma çoxları acınacaqlı durumdadırlar, bunu yoluna qoymaq lazımdır". //Axşam.az