Apellyasiya Şurası yaradıldı

08 fevral 2016 20:42
891

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanının icrası olaraq, Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) Apellyasiya Şurası yaradılıb.

Komitədən AZƏRTAC-a bildirilib ki, ƏMDK-nın sədr müavini Rüstəm Şahbazovun rəhbərlik etdiyi 6 nəfərdən ibarət Apellyasiya Şurasına komitənin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildir. İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurası müvafiq Fərmana uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaq.