14 iyul 2020 10:28
919

Bakıda 2 yaşlı uşaq evin balkonundan yıxılıb öldü

Bakıda azyaşlı evin balkonundan yıxılıb ölüb.

Hadisə paytaxtın Yasamal rayonu, L.İmanov küçəsində baş verib. Həmin küçədəki mənzillərdən birində yaşayan 2018-ci il təvəllüdlü Murad Muradov yaşadığı mənzilin balkonundan yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.