15 iyul 2020 11:36
2420

Əcnəbi futbolçulardan ölkəmizə dəstək: "Qarabağ - Azərbaycandır!"

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem Azərbaycana dəstək olub.

Fanat.Az xəbər verir ki, 31 yaşlı makedoniyalı yarımmüdafiəçi cəbhə bölgəsində baş verən hadisələrlə bağlı paylaşım edib.

4 qat Azərbaycan çempionu olan oyunçu sosial şəbəkədə "Başın sağ olsun, Azərbaycan" həştəqini və üzərində "Qarabağ - Azərbaycandır!" yazılan fotonu paylaşıb.

"Qarabağ"ın daha bir sabiq futbolçusu, hazırda ABŞ-da çıxış edən Ansi Aqolli Azərbaycan xəritəsini paylaşaraq ölkəmizə dəstəkk olub. Braziliyalı Vaqner da Silva Azərbaycan bayrağı önündə salam verən əsgər fotosu paylaşıb.

"Neftçi"nin seneqallı müdafiəçisi Mamadu Mbodjdan Azərbaycana dəstək gəlib. Legioner futbolçu əsgər salamı verdiyi fotonu paylaşıb.