22 sentyabr 2020 23:01
823

Heyvanlar sirkə buraxılmayacaq

Çex Respublikasında parlamentin aşağı palatasında sirklərdə heyvanların zorakılıqdan qorunmasını nəzərdə tutan qanuna dəyişikliklər edilib.

“İki sahil” Oxu.az-a istinadən xəbər verir ki, üçüncü oxunuşda Deputatlar Palatası “Heyvanların qəddar davranışdan qorunması haqqında” Qanunda dəyişikliklərə səs verib. Təklif olunan dəyişikliklər, xüsusən də sirklərdə vəhşi heyvanların təliminə aiddir.

Ölkədə delfinlərdən başqa, 2004-cü ildən sonra doğulmuş bəzi vəhşi heyvan növlərinin - meymunların, kərgədanların, zürafələrin istifadə olunması qadağan edilib.