30 sentyabr 2020 15:24
614

Düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə məruz qalıb

Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.