14 oktyabr 2020 11:45
957

Murad Bozdan Azərbaycanın haqlı mübarizəsinə dəstək

Türkiyəli məşhur müğənni Murad Boz Azərbaycan Ordusunun Qarabağda torpaqlarını geri qaytarmaq uğrunda keçirdiyi hərbi əməliyyatlara dəstək nümayiş etdirib.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, o, “Instagram” hesabının hekayə bölməsində Azərbaycan və Türkiyə bayraqlarını “Qarabağ” qeydi ilə paylaşıb.