24 noyabr 2020 10:36
812

Sumqayıt-Bakı qatarındakı ləngimənin səbəbi nədir?

"Azərbaycan Dəmir Yolları" QSC Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə işləyən qatarların hərəkətində ləngimənin səbəbini açıqlayıb.

Qurumun mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, bu gün 07:41 radələrində Pirşağı-Zabrat mənzilində kontakt şəbəkədə nasazlıq yaranıb.

"Bu səbəbdən Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində 10-30 dəqiqə arasında ləngimələr qeydə alınıb. Hazırda texniki nasazlıq aradan qaldırılıb və qatarlar qrafik üzrə hərəkətdədir. “Azərbaycan Dəmir Yolları” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir".