24 noyabr 2020 15:31
760

Bu da Fransa polisi: Qaçqınları qovdu, jurnalistlərə hücum etdi

Fransada polis jurnalistlərə hücum edib.

"İki sahil" baku.tv-yə istinadla xəbər verir ki, kadrlardan görünür ki, polis xüsusi əməliyyat keçirərək, Parisin mərkəzinə toplaşan qaçqınları qovur.

Jurnalistlər həmin hadisələri kameraya çəkən zaman polislərin hücumuna məruz qalıblar.

Nəticədə, media nümayəndələrinin avadanlıqları sındırılıb, onların bəziləri həkimə müraciət etməli olublar.

Qeyd edilir ki, Fransada yeni qanun layihəsinə əsasən, jurnalistlərə işini icra edən polisləri videoya çəkmək qadağandır. Sözügedən qanun isə hələ qəbul edilməyib.