Şəhərə olan münasibəti müsbətə doğru dəyişmək üçün Amsterdam əsas turistik məkan hesab edilən kafeşoplara girişi məhdudlaşdırmağa qərar verib.
Bələdiyyə Başçısı Femke Halsemanın təklifi ilə yalnız hollandiyalı sakinlərin anaşa (marixuana) satan məntəqələrə girməsinə icazə veriləcəkdi. Yerli polis və prokurorluq tərəfindən dəstəklənən bu plan marixuana ticarəti ilə əlaqəli narkotik maddələrin axını və mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədi daşıyır. "Marixuana bazarı çox geniş vüsət alıb və durmadan inkişaf edir, mən bu ticarətin qarşısını almaq və idarə olunacaq vəziyyətə gətirib çıxarmaq istəyirəm" - deyə Halsema bildirib.
Halsema, dükan sahibləri ilə müzakirələr də daxil olmaqla bağlanan müqaviləni cümə günü Amsterdam məclisinə təqdim edib. Müqavilə gələn ilin əvvəlindən qüvvəyə minəcək.
Bu təşəbbüslə Amsterdam şəhərə üz tutan turist axınını sürətli şəkildə azaltmağı və sakinlərin həyat keyfiyyətini yaxşılaşdırmağı düşünür.
Qeyd edək ki, bu ölkənin turist axınını azaltmaq üçün atdığı son addımdır. Ucuz uçuşlar tarixi şəhəri populyar və izdihamlı bir şəhərə çevirmişdi. Koronavirusun yaratdığı karantin qaydaları və qapanmalardan əvvəl Qirmizi Fənərlər küçəsinə, kofeşoplara və mənzərəli kanallarıa ayda 1 milyondan çox ziyarətçi səyahət edirdi. Bu isə ümumilikdə gələn turistlərin şəhər sakinlərinin sayından daha çox olduğunu göstərirdi. Halsema xüsusəndə kofeşopların turistərin xidmətində olduğunu, turistlərin bura axın edərək marixuana qəbul edib, yerli insanlara zərər verdiyini vurğulayıb. Halsema daha əvvəl turist artımının cinayətkarlığın-narkotikin satışını da artırdığını demişdi.
bloomberg.com saytının materialları əsasında hazırladı:
Leyla Şıxəli Bayramlı, “İki sahil”