19 yanvar 2021 17:05
638

“Simpsonlar”ın ssenari müəllifi vəfat edib

“Simpsonlar ailəsi” (“The Simpsons”) cizgi serialının ssenari müəlliflərindən biri, prodüser Devid Riçardson 65 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, məlumatı “Deadline” jurnalı yayıb.

O, ürək çatışmazlığından dünyasını dəyişib. Ailəsi D.Riçardsonun dəfnini ictimaiyyət üçün qapalı keçirməyi planlaşdırır. Onunla kütləvi vidalaşma bir müddət sonra keçiriləcək.

Qeyd edək ki, D.Riçardson bir neçə televiziya komediyasının müəllifidir.