21 yanvar 2021 10:41
481

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "İki sahil"ə verilən məlumata görə, A.Hüseynli və M.Qədirov rayon ərazisində qanunsuz ov etdiklərinə görə saxlanılaraq polis şöbəsinə gətirilib. Saxlanılan şəxslərdən ümumilikdə 10 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.