22 yanvar 2021 15:40
759

"Arsenal" yeni qapıçı transfer etdi

İngiltərənin "Arsenal" komandası heyətini yeni oyunçu ilə gücləndirib.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, "topçular" "Brayton"un qapıçısı Metyu Rayanı icarəyə götürüb.

Avstraliyalı qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, hazırda "Arsenal"ın əsas qapıçısı Almaniya millisinin də üzvü olan Bernd Lenodur.