28 yanvar 2021 15:27
983

Türkiyədə dəhşətli hadisə!

Türkiyənin İzmir şəhərinin  Çiğli rayonunda Murat adlı şəxs həyat yoldaşı Selma ilə mübahisə edərəkən başına balta zərbəsi vuraraq ağır yaralayıb.

“İki sahil” xəbər verir ki, Murat hadisədən sonra qonşulara getdiyi və "arvadımı öldürdüm, polis çağırın" dediyi məlum olub. Hadisə 06.30 radələrində Balatçık məhəlləsi 8957-ci küçəsində baş verib.

Məlumata görə, Murat həyat yoldaşı Selma ilə aralarında naməlum səbəbdən mübahisə başlayıb. Mübahisə  zamanı Murat arvadının başına balta ilə vurub. Qadın qan içində yerə yıxılıb. Qonşuların xəbərindən sonra  hadisə yerinə təcili yardım və polis qrupları gəlib. Təcili yardım ilk olaraq yaralı qadını Çiğli Regional Təhsil və Araşdırma Xəstəxanasına aparıb.

Müalicə alınan Selmanın vəziyyətinin ağır olduğu öyrənilib. Nəzarətə alınan Murat polis bölməsinə aparılıb.

Vüsal Cahanov, "İki sahil"