23 fevral 2021 23:57
601

Futbolçu dünyasını dəyişdi

İtaliya "Atalanta"sının futbolçusu Villi Ta Bi dünyasını dəyişib.

"İki sahil" xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin ölümünə onkoloji xəstəlik səbəb olub. Kot d İvuardan olan oyunçu bir müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi. O, ömrünün son aylarını vətənində keçirib. Qeyd edək ki, Villi Ta Bi ölkəsinin "ASEK Mimozas", "Mussu" klublarında, həmçinin İtaliyanın "Peskara" komandasında da çıxış edib.