07 aprel 2021 20:16
1512

Baş epidemioloqdan çağırış: Piyada gəzin

Gürcüstanın  İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze koronavirusa yoluxmanın artması fonunda vətəndaşlara piyada gəzməyi məsləhət görüb.

“İki sahil" gürcü mediasına istinadən xəbər verir ki, Qamkrelidze yaz fəsli olduğu üçün insanların daha çox piyada yol qət etmələri fikrindədir:

“Yalnız nəzarət və sərt qaydalar işləmir. Başlıcası nizam-intizam və anlayış göstərməkdir. İndi yazdır. Piyada daha çox gəzin. İki dayanacaqdan ötrü avtobusa minmək lazım deyil. Hər gün 2-3 kilometr gəzmək pis olmaz”.

Baş epidemioloq əlavə edib ki, ölkədə üçüncü dalğa təhlükəsi olduğundan insanlar sosial tədbirlərdən çəkinməlidirlər.