Azərbaycanda hasil olunan neftin böyük bir hissəsinin çıxarıldığı “Mərkəzi Azəri”, “Şərqi Azəri”, “Qərbi Azəri”, “Dərinsulu Günəşli” blokları və üst tikililəri, eləcə də “Şahdəniz-2” layihəsinin dayaq bloku Azərbaycanda SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa edilib.
“İki sahil” xəbər verir ki, SOCAR “telegram” səhifəsində bu barədə paylaşım edib.
Qeyd edək ki, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun təməli ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1978-ci ildə qoyulub. SSRİ dövründə ilk belə zavod məhz Azərbaycanda tikilib. 1978-ci ildə təməli qoyulan müəssisənin ilk məhsulu 1984-cü ildə yola salınıb.