26 may 2021 12:07
2756

Bilal Quliyev: Nefertiti layihəsi “SOCAR Türkiyə” üçün böyük uğur sayıla bilər - FOTO/VİDEO

“Günəş enerjisi texnologiyalarından istifadə olunmaqla karbon dioksiddən etanol/izopropanol kimi kimyəvi maddələri istehsalını nəzərdə tutan Nefertiti layihəsinin 389 min avroluq büdcəsi Avropa Komissiyasının “Üfüq 2020 Qrant Proqramı” tərəfindən qarşılanacaq.”

“İki sahil” xəbər verir ki, bu fikirlər SOCAR-ın “telegram” səhifəsində paylaşımında qeyd olunub.

Paylaşımda bildirilib ki, “Enerji sahəsi 2020” çağırışlarından qrant almaq hüququnu əldə edən konsorsiumda 10 beynəlxalq şirkət fəaliyyət göstərəcək və burda yeganə Azərbaycan şirkəti olaraq “SOCAR Türkiyə” təmsil olunur. Maliyyələşdirilmə ilə bağlı qrant müqaviləsi iyun ayında imzalanacaq.

“SOCAR Türkiye Ar-Ge ve İnovasyon A.Ş. direktoru Bilal Quliyev qeyd edib ki, Avropa Birliyi 2050-ci ilə qədər karbonsuz iqtisadiyyata keçməyi hədəfləyib: “Biz daha öncə də karbon tutulması-depolanması və istifadəsi sahəsində iki Avropa Birliyinin layihəsinin konsorsiumunda yer almışdıq, hazırda bu layihələr davam edir. Nefertiti layihəsi həm bizim “SOCAR Türkiyə” Tədqiqat Mərkəzinin ilk layihəsi olmaq baxımından, eyni zamanda da işin həcmi və qrant məbləği olaraq daha böyük uğur sayıla bilər.”

B.Quliyev vurğulayıb ki, biz işlərə laboratoriya mərhələsində cəlb olunmurduq, daha çox sınaq keçirilməsi mərhələsinə cəlb olunurduq: “İndi isə biz birbaşa katalizatorlarla bağlı laboratoriyamızada tədqiqatlar həyata keçirəcəyik. Eyni zamanda sintezi nəzərdə tutulan spirtlərin pilot qurğumuzda istehsal sınaqları həyata keçiriləcəkdir. Layihə çərçivəsində günəş enerjisi və heterojen katalizatorlar vasitəsilə etonul və izo-propanol kimi dəyərli spirtlərin sintezi qarşımızda əsas başlıca hədəf olaraq durub. Xammal olaraq karbon dioksiddən və sudan istifadə olunacaq və bu kimyəvi maddələrə çevrilməsi bizim eyni zamanda bərpa olunan enerji mənbələrindən istifadəsi yönündə də təcrübəmizi artırmağa imkan verəcəkdir. Bununla yanaşı, Nefertiti layihəsi əminliklə söyləyə bilərəm ki, “SOCAR-2035” Strategiyasına uyğun olaraq orta və uzunmüddətli davamlılıq və enerji keçid hədəflərinə də böyük anlamda töhvə verəcək.”

Orxan Vahidoğlu, “İki sahil”