01 iyun 2021 11:44
1209

Gələn ay "SOCAR Türkiyə"nin NEFERTİTİ layihəsi üzrə iclas keçiriləcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) günəş enerjisi texnologiyalarından istifadə olunmaqla karbon dioksiddən etanol/izopropanol kimi kimyəvi maddələrin istehsalını nəzərdə tutan NEFERTİTİ layihəsi üzrə iclası iyulun 13-ə planlaşdırılıb.

Bu barədə "İki sahil"ə "SOCAR Türkiyə" şirkətindən bildiriblər.

Şirkətdən bildiriblər ki, NEFERTİTİ konsorsiumuna 10 şirkət daxildir:

"Biz bu layihə üzrə onlarla birgə işləyəcəyik. Layihə ilə bağlı iclas iyulun 13-ə planlaşdırılıb. Layiənin reallaşdırılması 48 ay davam edəcək".

"SOCAR Türkiyə"dən onu da bildiriblər ki, xammal qismində karbon dioksiddən istifadə olunacaq:

"Biz Star neft emalı zavodunun və "Petkim" neft-kimya kompleksinin tullantı göstəricilərini izləməklə karbon dioksid axınını müəyyənləşdirməyə çalışırıq. Tədqiqat laboratoriya şəraitində davam etdirilir. Layihənin komandası ilə birgə biz hansı kommunal xidmətlərin olacağını və hansı məhsulların istehsal olunacağını, eləcə də əmək gigiyenası və prosesin təhlükəsizliyi üçün zəruri şəraiti müəyyənləşdiririk".