02 iyun 2021 11:20
1091

QDTİB-lə əməkdaşlıq "SOCAR-AQŞ" şirkətinə öz biznesini genişləndirməyə kömək edib

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə tərəfdaşlıq "SOCAR-AQŞ" şirkətinə öz biznesini genişləndirməyə kömək edib.

"İki sahil" xəbər verir ki, bu barədə trend-ə Bankdan bildiriblər.

Qeyd olunub ki, 2019-cu ildə bank tərəfindən "SOCAR-AQŞ"ə bir il ödəmə müddəti və uzatmaq imkanı ilə 20 milyon avro məbləğində kredit xətti təqdim edilib: "Kredit şirkətlə imzalanmış müqavilə əsasında istifadə olunub və tamamilə ödənilib. Əməliyyat QDTİB üzv ölkələrindən sənaye avadanlığı və material idxalının maliyyələşdirilməsi hesabına iqtisadi baxımdan səmərəli oldu və istehsalçılara, tədarükçülərə texnoloji tərəqqi imkanlarını təqdim etdi. Hesab edirik ki, bizim "SOCAR-AQŞ"lə tərəfdaşlığımız şirkətin biznesinin genişlənməsinə və regionda tədarük zənciri ekosisteminə inteqrasiyasına kömək etdi. Hazırda kredit sazişinin müddətinin uzadılması barədə qərar mövcud deyil".