04 iyun 2021 14:17
1292

SOCAR və “Qazprom” rəhbərləri qaz sektorunda əməkdaşlığı müzakirə ediblər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Rusiyanın “Qazprom” neft-qaz şirkətinin rəhbəri Aleksey Millerlə görüşüb.

“İki sahil” Rusiya mətbuatına istinadla xəbər verir ki, ikitərəfli görüş Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən XXIV Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Məlumata görə, SOCAR prezidenti “Qazprom” rəhbəri ilə qaz sektorunda əməkdaşlığın perspektivlərini müzakirə ediblər.