24 iyun 2021 16:02
468

Braziliyanın ətraf mühit naziri istefa verib

Braziliyanın ətraf mühit naziri Rikardu Salles istefa verib.

“İki sahil” xəbər verir ki, bu hadisə Rikardu Sallesə qarşı iki təhqiqat başlanandan bir neçə həftə sonra baş verib. Bu təhqiqatlardan biri oduncağın qeyri-qanuni dövriyyəsi ilə, digəri isə meşələrin qırılması ilə bağlı təhqiqata maneçilik törədilməsi ilə əlaqədardır. Onun istefası Prezident Co Baydenin təşəbbüs göstərdiyi ətraf mühitə marağın dirçəldilməsi və dünyanın ən iri tropik meşələrinin olduğu Amazoniyada meşələrin qeyri-qanuni qırılması barədə xəbərdarlıqların sayının kəskin artması ilə üst-üstə düşüb.

Rikardu Sallesi bu vəzifədə əvəz etmiş Joakin Pereytu Leyti daha əvvəl Amazoniya departamentinə və nazirlikdə ekoloji xidmətlərə rəhbərlik edib.

R.Salleslə bağlı hər iki fakt üzrə aparılan təhqiqatda şübhələr var ki, oduncaq qeyri-qanuni yolla Amazoniyada əldə edilib. Bu şübhələri yaradan vəsait təqribən 3 milyon dollar təşkil edir. Sabiq nazirin 202 min dollardan 2 milyon dollaradək artan gəlirləri də diqqət mərkəzindədir.