26 iyun 2021 08:26
1199

Türkiyədəki emal zavodunun investisiya dəyəri 7 milyard dollara çatdırılacaq – VİDEO

SOCAR tərəfindən Türkiyədə inşa edilən STAR rafineri neft emalı zavodunun investisiya dəyəri 2022-ci il üçün 7 milyard Amerika Birləşmiş Ştatları dollarına çatdırılacaq. 

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR Türkiyənin baş direktoru Zaur Qəhrəmanov bildirib. 

Onun sözlərinə görə neft emalı zavodunun istehsal gücünün artırılması istiqamətində edilən əlavə investisiyaların 2022-ci ilə qədər bitirilməsi planlaşdırılır. 

“Saxlama güclərinə yönəlmiş 600 milyon dollar həcmində investisiyaların yatırımını davam etdiririk”, - deyə Zaur Qəhrəmanov açıqlama verib. 

Daha ətraflı süjetdə: