SOCAR "Telegram" səhifəsində bununla bağlı paylaşım edib.
"İki sahil" xəbər verir ki, paylaşımda qeyd olunur ki, Türkiyənin ən böyük birbaşa xarici investoru SOCAR Türkiyənin İzmirin Əliağa bölgəsindəki Petkim, “Star” neft emalı zavodu və Depolama şirkətləri “Sıfır Tullantı Tənzimlənməsi” çərçivəsində bütün tələbləri yerinə yetirərək Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən “Sıfır Tullantı Sertifikatı”na layiq görülüb.