30 iyun 2021 16:24
1058

SOCAR yanacaq sərfiyyatını 28% azaldıb

Koronavirus (COVID-19) pandemiyası dövründə - 2020-ci ildə Dövlət Neft Şirkəti (SOCAR) yanacaq sərfiyyatını 28%, elektrik enerjisi istehlakını isə 10% azaldıb.

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, ötən il şirkət Azərbaycanda istifadə etdiyi elektrik enerjisinin 26%-ə yaxınını daxili imkanları hesabına istehsal edib, qalan hissəsini isə dövlət qurumlarından alıb.

SOCAR rəsmi həmçinin qeyd edib ki, 2019-cu ildə enerji istehlakının artımı bir sıra zavod və müəssisələrin şirkətin tərkibində fəaliyyətə başlaması ilə bağlı olub.