01 iyul 2021 11:16
1162

SOCAR-ın İdarəsi bu il qeyri-neft ixracından qazancını 48 % artırıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” qeyri-neft sektoru üzrə 85,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 27,7 milyon ABŞ dolları və yaxud 47,9 % çoxdur.

Qeyd edək ki, 2020-ci ilin yanvar-may ayları ərzində isə SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” qeyri-neft sektoru üzrə 57,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.