Azərbaycanda dövlət tərəfindən əhalinin aztəminatlı hissəsinin mənafeyinə cavab verən daha optimal qaz tarifi modeli seçilib.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.
Onun sözlərinə görə, ölkədə yeni qaz tarifinin tətbiqi şəbəkənin daha da genişləndirilməsi, modernizasiyası, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin bir qədər də artırılması, dövlət tərəfindən bu sahəyə yönəldilən subsidiyaların azaldılması məqsədini daşıyır.
"Bu, zamanın tələbidir ki, yeni bazar iqtisadiyyatı formalaşdırılmalı və müəyyən xərclər optimallaşdırılmalıdır. Bununla bağlı tarifə yenidən baxılması zərurəti çoxdan yaranmışdı. Yeni tarif bir günün içində qəbul edilməyib, uzunmüddətli iqtisadi təhlillər aparılıb və mən deyə bilərəm ki, dövlət tərəfindən əhalinin aztəminatlı hissəsinin mənafeyinə cavab verən daha optimal model seçilib, hansı ki, hazırda tətbiq olunur", - deyə T. Cəfərov qeyd edib.