"İki sahil" xəbər verir ki, SOCAR "Telegram" səhifəsində Bakı-Batumi neft kəməri ilə bağlı maraqlı paylaşım edib.
Paylaşımda qeyd olunur ki, Bakı neftinin Qara dəniz sahilindəki Batumi limanına daşınmasını nəzərdə tutan Bakı-Batumi neft kəmərinin tikintisi 1897-ci ildə başlayıb və 1907-ci ildə yekunlaşıb. Bu xətt üzrə 1903-cü ildə tikilmiş neftvurma stansiyası Gürcüstanın Mtsxeta şəhərində yerləşirdi. 2018-ci ildə Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi tərəfindən bu stansiyaya xüsusi status verilib.