09 iyul 2021 16:53
2146

İbrahim Əhmədov: “İki sahil” Azərbaycan neftçilərinin fədakar zəhmətini ölkəyə tanıdan rupora çevrilib - VİDEO

“İki sahil” qəzetinin redaksiyasının kollektivini, başda Vüqar Rəhimzadə olmaqla 30 illik yubiley münasibətilə ürəkdən təbrik edirəm. 30 il ərzində Azərbaycan müstəqil dövlət kimi özünü beynəlxal aləmdə təsbit edib. 30 il ərzində Azərbaycanda yeni bir nəsil yetişib. Bu nəslin yetişməsində “İki sahil” qəzeti mühüm rol oynayıb.”

Bu fikirləri “İki sahil” qəzetinin 30 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrikində SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

İbrahim Əhmədov qeyd edib ki, “İki sahil” “Vahid Azərbaycan uğrunda!” şüarı ilə meydana gələn, daha sonra Azərbaycan neftçilərinin fədakar zəhmətini ölkəyə tanıdan rupora çevrilib: “Bu gün Azərbaycanın müxtəlif dövrlərdə yaşamış və fəaliyyət göstərmiş adlı-sanlı neftçilərini vahid informasiya məkanında birləşdirərək ölkəyə tanıdan və ölkənin cari siyasi, iqtisadi həyatı haqqında mütəmadi ictimaiyyətə xəbər verən bir nəşr kimi “İki sahil” mühüm rol oynamaqda davam edir. Sizə bu işdə bol-bol uğurlar arzu edirəm. 30 il yox, 300 il və ondan da artıq dövrdə fəaliyyətinizi davam etdirəsiniz.”