14 iyul 2021 17:10
1646

«Azəriqaz» İB- də şəhid atasının doğum günü qeyd edilib VİDEO

Ruslan Əliyev: Bir şəhid atası kimi onların qayğıları ilə daim maraqlanacağıq

SOCAR-ın «Azəriqaz» İstehsalat Birkiyinin baş direktoru Ruslan Əliyev Birliyin qocaman əməkdaşı, şəhid atası Hacıbəy Ulubəyovu qəbul edib. Qeyd edək ki, onun oğlu Nurəhməd Ulubəyov könüllü olaraq İkinci Qarabağ müharibəsinə yollanaraq  Füzuli, Cəbrayıl və Xocavənd istiqfmətində gedən döyüşlərdə iştirak edib. O, oktyabr ayının 8-də qəhrəmancasına şəhid olub.

Qəbulda çıxış edən Ruslan Əliyev deyib ki, şəhidin atası Hacıbəy Ulubəyov ömrünün 20 ildən çoxunu neft-qaz sahəsində çalışıb və bu gün də ən təcrübəli və peşəkar işçilərimizdəndir: « Onun 62 yaşı tamam olur. Doğum günü münasibətilə Hacıbəy Ulubəyovu kollektivimiz adından təbrik edir və ona cansağlığı arzulayıram! Bir şəhid atası kimi onların qayğıları ilə daim maraqlanacağıq. Bundan başqa, onun bir ağsaqqal və təcrübəli bir işçi kimi təcrübəsindən  və təkliflərindən yararlanmağa çalışacağıq.»

Elçin Zaman, «İki sahil»